Azərbaycanda kim daha çox vergi ödəyir?

Hazırda oxunan: Azərbaycanda kim daha çox vergi ödəyir?

24309

Büdcə gəlirlərinin formalaşmasında vergi daxilolmaları mühüm yer tutur. Ötən il Azərbaycan büdcəsinə 24 milyard manatdan artıq (24 681 734,6 min manat) gəlir daxil olub ki, onun mühüm bir hissəsini vergidaxilolmaları təşkil edib.

Bizim.Media xəbər verir ki, Azərbaycan büdcəsnə ən böyük vergini ödəyən şirkət SOCAR-dır.
 

MÖVZU İLƏ BAĞLI:

Dövlət Vergi Xidməti xəbərləri təqib etdirəcək


Ötən il Azərbaycan SOCAR-ın Dövlət Vergi Xidmətinin xətti ilə büdcə ödənişləri 1 milyard 198,4 milyon manat təşkil edib. Bu əvvəlki illə müqayisədə 15% az olub.

2020-ci ildə qeyri neft sektorunda ən böyük vergini isə Azercell Telekom şirkəti ödəyib. 

Keçən il ölkənin mobil kommunikasiya bazarında 49% faiz pay sahibi olan Azercell dövlət büdcəsinə 111.9 milyon manat vergi ödəyib.

Xatirə Nəsirli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin