Mərkəzi Bankdan manatın məzənnəsi ilə bağlı vacib XƏBƏR 

Hazırda oxunan: Mərkəzi Bankdan manatın məzənnəsi ilə bağlı vacib XƏBƏR 

24268

Bu gün Azərbaycan Mərkəzi Bankda (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

AMB-dən Bizim.Media-ya verilən məlumata əsasən, hərracda tələb 30,6 milyon ABŞ dollarını təşkil edib və tam təmin edilib.

Bildirilib ki, ilin fevral ayından başlayaraq valyuta hərraclarında, eləcə də valyuta bazarının nağd və qeyri-nağd seqmentlərində tələb əhəmiyyətli dərəcədə azalmaqdadır. Cari ilin ikinci rübündə keçirilmiş 19 valyuta hərracının 18-də tələb təklifdən aşağı olub.
 

MÖVZU İLƏ BAĞLI:

Bugünkü valyuta məzənnələri


Hazırda hərraclarda Dövlət Neft Fondunun qrafikə uyğun satıla bilməyən vəsaiti 364 milyon ABŞ dollarını təşkil edir. İlkin qiymətləndirmələrə görə 2021-ci ilin birinci rübündə ölkənin cari əməliyyatlar balansında ÜDM-in 5,6 faizi həcmində profisit olub.

Qeyd olunan daxili və xarici amillərin mövcudluğu manatın məzənnəsinin sabitliyinin fundamental amillərlə bağlı olduğunu göstərir və valyuta bazarında tarazlığın qarşıdakı dövrdə də təmin olunacağını şərtləndirir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin