Azərbaycanda şəkər və qənd istehsalı 18 %-ə yaxın artıb

Hazırda oxunan: Azərbaycanda şəkər və qənd istehsalı 18 %-ə yaxın artıb

240500

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 33,1 min ton şəkər və qənd istehsal edilib.

Bizim.Media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 17,8 % çoxdur.
 

Son 1 ildə ölkədə şəkərli qənnadı məmulatların istehsalı isə 7,5 % azalaraq 1 min 357,5 tona düşüb.


Martın 1-nə Azərbaycanda 2 min ton şəkər və qənd, 67,7 ton isə şəkərli qənnadı məmulatları üzrə hazır məhsul ehtiyatı olub ki, bu da 1 il əvvələ nisbətən müvafiq olaraq 8,7 dəfə və 39,4 % azdır.

Xatırladaq ki, iki ayda Azərbaycanda 933,9 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da, illik müqayisədə 10,7 % çoxdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin