Tərcümə Mərkəzinin törəmə şirkəti də ləğv olundu

Hazırda oxunan: Tərcümə Mərkəzinin törəmə şirkəti də ləğv olundu

239692

Ləğv prosesində olan Azərbaycan Dövlət Tərcümə Mərkəzinin (ADTM) törəmə şirkəti "ADTM Tərcümə Agentliyi" MMC ləğv olunduğunu elan edib. 

Bizim.Media bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir. 

Məlumata görə, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Şahin Mustafayev küçəsi, ev 27/121A ünvanına bildirə bilərlər. 
 

Xatırladaq ki, "ADTM Tərcümə Agentliyi" 2020-ci ildə 200 manat nizamnamə kapitalı ilə yaradılıb, təsisçisi ilə eyni hüquqi ünvanda qeydiyyatdan keçib. Onun qanuni təmsilçisi Rüstəm Rövşən oğlu Məmmədovdur. 


ADTM Prezident İlham Əliyevin ötən il noyabrın 21-də imzaladığı sərəncamla ləğv olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin