Cənub Qaz Dəhlizi vasitəsilə qazımızı alan ölkələrin sayı 12-ə bərabərdir.
Bizim.Media xəbər verir ki, bunu parlamentin bugünkü iclasında Baş nazir Əli Əsədov deyib.
Baş nazir bildirib ki, ötən il ərzində 29,1 milyon ton neft, 50,6 milyard kubmetr qaz hasil edilib:
“Neftin 24,4 milyon tonu, qazın isə 25,5 milyard kubmetri ixrac edilib. 2024-cü ildə Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin ötürmə qabiliyyətinin və tranzit potensialının artırılması üçün bir çox layihələr reallaşdırılıb. 2024-cü ildə nəqliyyat dəhlizlərində daşınmış yüklərin həcmi 33 mln.ton olub. Bu yüklərin 57%-ni tranzit yüklər təşkil edib”.
Əli Əsədov Şərq-Qərb istiqamətində Orta Dəhlizin əsas komponentlərindən biri olan Bakı-Tbilisi-Qars xətti 2024-cü ilin may ayında tamamlanaraq istismara verildiyini, xəttin illik yükaşırma həcminin 1 mln. tondan 5 mln. tona çatdırıldığını qeyd edib.
Günay Şahmar, Bizim.Media