Strateji valyuta ehtiyatlarımız 73 milyard dollara ÇATDI

Hazırda oxunan: Strateji valyuta ehtiyatlarımız 73 milyard dollara ÇATDI

239269

2024-cü ildə xarici ticarət dövriyyəmiz təxminən 47.4 mlrd. ABŞ dollarına çatıb, müsbət ticarət saldosu 5.3 mlrd. Dollar olub. Qeyri-neft ixracı 3,3 mlrd. dolları üstələmişdir.  

Bizim.Media xəbər verir ki, bunu Baş nazir Əli Əsədov parlamentin bugünkü iclasında çıxışı zamanı deyib.
 

O bildirib ki, 2024-cü ildə ölkənin strateji valyuta ehtiyatları 2.5 mlrd. dollar (və ya 3.7%) artaraq 71 mlrd.dollar (hazırda 73 mlrd.dollar) təşkil etmişdir və xarici dövlət borcunu 14 dəfə üstələyir:


“İlin sonuna xarici dövlət borcunun məbləği 20,6% azalaraq 5,1 mlrd. dollar olmuş və ÜDM-in cəmi 6,9%-ni təşkil edib”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin