Gömrük Hospitalı və "Yeni Klinika"da maaşlar niyə verilmir? – AÇIQLAMA

Hazırda oxunan: Gömrük Hospitalı və "Yeni Klinika"da maaşlar niyə verilmir? – AÇIQLAMA

239254

Mərkəzi Gömrük Hospitalı və “Yeni Klinika”nın əməkdaşlarının maaşlarını ala bilməməsi ilə bağlı iddialara aydınlıq gətirilib.

Bizim.Media xəbər verir ki, Mərkəzi Gömrük Hospitalından “apa.az”a bildirilib ki, əməkdaşlara əməkhaqqı ödənişləri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə həyata keçirilir.

Mərkəzi Gömrük Hospitalının PR mütəxəssisi Dilarə Zamanova həkimlərin məzuniyyət haqları, maddi yardım və mükafatlarının tam həcmdə ödənildiyini vurğulayıb:

"Bütün həkimlər pullarını vaxtında alırlar".

TƏBİB-in “Yeni Klinika” ilə bağlı açıqlamasında qeyd edilib ki, “Yeni Klinika” ilə bağlı yayılan iddialar həqiqəti əks etdirmir:

“Həkimlərin əməkhaqları tam həcmdə ödənilib".
 

Qeyd edək ki, bir neçə gün öncə Mərkəzi Gömrük Hospitalı və “Yeni Klinika”da çalışan həkimlərin maaşlarının ödənilməməsi ilə bağlı məlumatlar yayılıb.


Xüsusilə, Mərkəzi Gömrük Hospitalının həkimləri iki il ərzində maaşlarının ödənilməsində ciddi problemlərin yaşandığını bildiriblər. Bundan başqa “Yeni Klinika”da fevral ayı üçün əmək haqqının ödənilməməsinə dair iddialar da var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin