Azərbaycanın qeyri-neft ixracı 7%-ə yaxın artıb

Hazırda oxunan: Azərbaycanın qeyri-neft ixracı 7%-ə yaxın artıb

238551

2025-ci ilin yanvar-fevral aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 6,6% artaraq 485 milyon ABŞ dolları təşkil edib. 

Bizim.Media xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”nın mart sayına dair ilkin göstəricilərdə bildirilib. 

Qeyd edilib ki, cari ilin yanvar-fevral aylarında yeyinti məhsullarının ixracı 12,3% artaraq 153,9 milyon ABŞ dollarına bərabər olub. 
 

Bu dövrdə ixrac olunan qara metallar və ondan hazırlanan məmulatlar 66.9%, şəkər və şəkərdən hazırlanan qənnadı məhsulları 47%, alkoqollu və alkoqolsuz içkilər 39,2%, kimya sənayesi məhsulları 30%, çay 21.3%, alüminium və ondan hazırlanan məmulatlar 2.8% artıb. 


2025-ci ilin yanvar-fevral aylarında aqrar məhsulların ixracı 9,5% artaraq 119,7 milyon ABŞ dolları, aqrar-sənaye məhsullarının ixracı isə 17,7% artaraq 43 milyon ABŞ dollarına bərabər olub. Bütövlükdə, aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 11,6% artaraq 162,8 milyon ABŞ dolları təşkil edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin