Güzəştli ipotekada maksimum məbləğ ARTIRILA BİLƏR

Hazırda oxunan: Güzəştli ipotekada maksimum məbləğ ARTIRILA BİLƏR

238134

“Bu il ipoteka kreditlərinin verilməsi üçün dövlət büdcəsindən əlavə 100 milyon manat ayrılacaq. Dövlət büdcəsindən ayrılan bu vəsaitlər daha çox sosial ipoteka kreditlərinin maliyyələşdirilməsi üçün istifadə olunur”. 

Bizim.Media xəbər verir ki, bunu deputat Vüqar Bayramov parlamentin bugünkü iclasında çıxışı zamanı deyib.

O bildirib ki, 2025-ci ildə 5 minə yaxın vətəndaşımız ipoteka hesabına mənzil sahibi ola biləcək:
 

“Güzəştli kreditlər maksimum məbləğ 100 min manat olmaqla 4 faizlə 30 il müddətinə təklif olunur. Mövcud bazar qiymətlərini nəzərə alaraq güzəştli ipoteka kreditlərinin maksimum məbləğin 100 min manatdan 150 min manatadək artırılması məqsədəuyğun olardı. Ümumilikdə, bir sıra təkliflər əvvəlki illərdə də aktual olub.


O baxımdan Ombudsman İnstitutu tərəfindən əvvəlki illərdə təqdim olunan təkliflərin icrası vəziyyəti ilə bağlı monitorinq aparılması və nəticələrin məruzədə əks olunması tövsiyə olunur”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin