“Milli Məclisdə pensiya yaşına az qalmış şəxslərin işlə təmin olunması məsələsinə toxunulub”.
Bizim.Media xəbər verir ki, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2024-cü il üzrə məruzəsinə münasibət bildirən deputat Vüqar Bayramov bir sıra təkliflə çıxış edib.
O bildirib ki, pensiya yaşına az qalmış məşğul şəxslərin də əmək hüquqlarının qorunması da mühümdür:
“Belə ki, bəzi vətəndaşlarımız pensiya yaşına az qalmış işdən azad olunurlar və daha sonra işlə təminatda çətinlik ilə üzləşirlər. Qazaxıstan Əmək Məcəlləsinə əsasən, ştatların ixtisarı və attestasiyadan keçməmə istisna olmaqla işəgötürənin təşəbbüsü ilə pensiya yaşına çatmasına 2 ildən az qalmış şəxslərlə əmək müqaviləsinə xitam verilməsinə yol verilmir.
Belə praktiki bir sıra digər dövlətlərdə də tətbiq olunur. O baxımdan daha məqsədəuyğun olardı ki, Azərbaycanda da pensiya yaşına 2 il qalmış vətəndaşlarımızın işəgötürən tərəfindən işdən çıxarılmasına yol verilməsin. Bu onların sosial hüquqların qorunması baxımdan vacibdir”.
Günay Şahmar, Bizim.Media