“Vətəndaşların layiqli həyat şəraitinin və sosial bərabərliyin təmin edilməsində mənzil hüququnun əhəmiyyətli rolu vardır. Ölkəmizdə bu hüququn təmin edilməsi məqsədilə həyata keçirilən tədbirlər sırasında əhali üçün maddi cəhətdən əlverişli olan yaşayış binalarının tikintisinə dəstək verilməsi xüsusi qeyd olunmalıdır”.
Bizim.Media xəbər verir ki, bunu Ombudsman Səbinə Əliyeva Milli Məclisin martın 7-də keçirilən plenar iclasında Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2024-cü il üzrə məruzəsini təqdim edərkən deyib.
MÖVZU İLƏ BAĞLI:
Bu şəxslər də güzəştli ipoteka ilə mənzil alacaq? - SİYAHI
O bildirib ki, mənzil hüququnun daha səmərəli təmin edilməsi məqsədilə güzəştli ipoteka kreditinin şərtlərinin yüngülləşdirilməsi vacibdir:
“Mənzil fondunun dövlət uçotu qaydasının təsdiq edilməsi prosesinin və çoxmənzilli binaların idarə edilməsi qaydasının müəyyən edilməsinin sürətləndirilməsi məqsədə müvafiq hesab olunur.
Bir sıra şəxslərin yaşayış yeri və olduğu yer üzrə qeydiyyatla əlaqədar üzləşdikləri problemlərin aradan qaldırılması və onların öz hüquqlarından yetərincə istifadə etmələrinə şərait yaradılması məqsədilə özbaşına tikililərin və yeni tikililərdə olan mənzillərin dövlət qeydiyyatına alınması prosesinin sürətləndirilməsi də zəruridir.
Günay Şahmar, Bizim.Media