Aztəminatlı ailələrə sosial yardımlarla bağlı MÜHÜM AÇIQLAMA

Hazırda oxunan: Aztəminatlı ailələrə sosial yardımlarla bağlı MÜHÜM AÇIQLAMA

238122

"Aztəminatlı ailələrin maddi yardım asılılığından azad edilməsində əhəmiyyətli rolu olan özünüməşğulluq proqramına əlçatanlığın asanlaşdırılması məqsədilə qanunvericiliyin təkmilləşdirilməsinə ehtiyac var".

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında ombudsman Səbinə Əliyeva deyib.
 

“Özünüməşğulluğa cəlb edilən şəxsin aktivlərlə təmin olunması ilə bağlı müddətin müəyyən edilməsi, habelə özünüməşğulluğa cəlb olunmuş şəxsin aktivlərlə təmin olunmasına qədər onun məşğulluğun digər formasından yararlanması və ya ünvanlı dövlət sosial yardımı barədə müraciət etməsi üçün məhdudiyyətin aradan qaldırılması məqsədəmüvafiqdir.    


Ünvanlı dövlət sosial yardımının təyin edilməsi barədə müraciətlərlə əlaqədar ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması üçün qanunvericiliklə son müddətin və ya müddət aralığının müəyyən olunması aztəminatlı ailələrin sosial müdafiəsinin yaxşılaşdırılmasında əhəmiyyətli rol oynaya bilər", - deyə ombudsman qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin