"Bitcoin"in qiyməti yenidən 90 min dolları ötdü

Hazırda oxunan: "Bitcoin"in qiyməti yenidən 90 min dolları ötdü

237390

Martın 3-də kriptovalyuta birjalarında "Bitcoin"in qiyməti yenidən 90 min dolları ötüb.

Bizim.Media xəbər verir ki, dünyanın ən bahalı kriptovalyutası Bakı vaxtı ilə saat 08:40-də “CoinMarketCap” platformasında 90 dollar həddini keçib. Hazırda isə 92 min 994 ABŞ dollarına qədər yüksəlib. Başqa sözlə, son bir gündə 8,5% bahalaşıb.

Paralel olatraq "Ethereum"un qiymətində də artım müşahidə edilib. Sözügedən kriptovalyutanın dəyəri 10,1% artaraq 2 450 ABŞ dollarına bərabər olub. İlk beşlikdə olan XRP son sutkada 25,1%, Cardano 61,5%, Solano isə 18,1% bahalaşıb.

Qeyd edək ki, "Bitcoin"in ən yüksək qiyməti ötən il dekabrın 16-da qeydə alınıb və qiyməti 108 min dolları ötüb.

 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin