Bəzi hallarda vergi ödəyiciləri müəyyən səbəblərdən öhdəliklərini vaxtında yerinə yetirə bilmirlər və nəticədə vergi borcu yaranır.
Bizim.Media ATV-yə istinadən xəbər verir ki, vergi orqanı ilkin olaraq bu barədə müxtəlif kanallar vasitəsilə vergi ödəyicisini məlumatlandırır. Rəsmi bildirişlər, mesajlar göndərir.
Edilmiş xəbərdarlıqlardan sonra da borcunu ödəməyənlərə qarşı isə inzibati tədbirlər görülür.
Dövlət Vergi Xidmətinin idarə rəisinin müavini Rəsul Hüseynov bildirib ki, müəyyən xəbərdarlıqlara məhəl qoymayaraq borcun ödənilmədiyi təqdirdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213-cü maddəsinə əsasən, vergi ödəyicisi cinayət məsuliyyətinə cəlb oluna bilər.
Bizim.Media