131 minə yaxın şəhid ailələri üzvləri və müharibə iştirakçılarına sosil dəstək paketi AYRILDI - FOTO

Hazırda oxunan: 131 minə yaxın şəhid ailələri üzvləri və müharibə iştirakçılarına sosil dəstək paketi AYRILDI - FOTO

236750

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə dövlət başçısının tapşırıqları əsasında şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı həyata keçirilən genişmiqyaslı sosial dəstək paketinin icrası uğurla davam etdirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həmin sosial dəstək paketi çərçivəsində postmüharibə dövründə şəhid ailələri üzvləri və müharibə veteranları olan 106 min şəxsə 119 min aylıq sosial ödəniş, 24,5 min şəxsə birdəfəlik ödəmə təyin olunub.

Bu barədə Bizim.Media-ya nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. 

Bildirilib ki, şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişlənib, onlara 6,8 min mənzil və fərdi ev, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 567 avtomobil təqdim edilib, habelə şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 11 min şəxsə 73 min sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib.

Həmçinin müharibə ilə əlaqədar əlilliyi olan 2281 şəxs 65,7 min reabilitasiya vasitəsi, o cümlədən 491 şəxs 608 ədəd yüksək texnologiyalı müasir protezlə təmin olunub.
 

Bundan başqa, şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 25,6 min şəxsin məşğulluğu təmin edilib, o cümlədən 12,3 min şəxs özünüməşğulluq proqramına cəlb olunub.


Ümumilikdə postmüharibə dövründə qeyd olunan sosial dəstək paketi 131 min şəxsi əhatə edib, onlara dəstəkyönümlü 374 min xidmət göstərilib.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin