Türkiyədə Sosial Müdafiə Təşkilatı saxta sığorta yolu ilə qanunsuz olaraq pensiyaya çıxanlarla bağlı araşdırmalarını gücləndirib.
Bizim.Media xəbər verir ki, son iki ildə aparılan yoxlamalar nəticəsində 2023-cü ildə 89 min, 2024-cü ildə isə 100 minə yaxın adamın sığortası ləğv edilib.
Qurum tərəfindən aparılan araşdırmalarda əmək kitabçasında müəyyən hərf kodları ilə işarələnmiş sığortaolunanlar diqqət çəkib. Xüsusən də “S” hərfi həmin şəxsin saxta sığorta edildiyini və bu halda onun pensiyasının ləğv edildiyini bildirir.
Qurum xüsusilə saxta iş yerləri vasitəsilə edilən sığorta bildirişlərini araşdırıb və ümumilikdə 2114 iş yerinin saxta olduğunu müəyyən edib.
Beləliklə, saxta şirkətlər vasitəsilə sığorta haqqı ödəyərək pensiyaya çıxan şəxslərlə bağlı araşdırmalar fonunda kitabçalarında “S” hərfi olan şəxslər saxta sığortalı kimi müəyyən edilərək pensiya maaşları ləğv edilir.
Bizim.Media

- A-
- A
- A+
İqtisadiyyat
15:20 / 26.02.2025
Əmək kitabçasında bu işarə varsa, pensiyalar ləğv ediləcək – DETALLAR
Hazırda oxunan: Əmək kitabçasında bu işarə varsa, pensiyalar ləğv ediləcək – DETALLAR
Hazırda oxunan: Əmək kitabçasında bu işarə varsa, pensiyalar ləğv ediləcək – DETALLAR
236668
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.