İnnovasiya və rəqəmsal strategiyaların iqtisadi proseslərə təsirləri müzakirə olundu - FOTO

Hazırda oxunan: İnnovasiya və rəqəmsal strategiyaların iqtisadi proseslərə təsirləri müzakirə olundu - FOTO

235596

İqtisadiyyat Nazirliyində "Boston Consulting Group"la innovasiya və rəqəmsal həlləri təşviq edən strategiyaların iqtisadi proseslərə təsirləri müzakirə olunub.

Bizim.Media xəbər verir ki, bununla bağlı müzakirələr iqtisadiyyat naziri Mikayıl Cabbarovun "Boston Consulting Group"un (BCG) idarəedici direktoru və baş tərəfdaşı, BCG Henderson İnstitutunun sədri Martin Rivz ilə keçirilən görüşdə bağ tutub.
 

Görüşdə ölkədə rəqəmsal transformasiyanı, innovativ düşüncə tərzini təşviq edən, dövlət və özəl sektoru bir araya gətirən təşəbbüslərin dəstəklənməsi və ekosistemin qurulması istiqamətində reallaşdırılan tədbirlər barədə məlumat verilib.


Tərəflər həmçinin qlobal ticarətin şaxələnməsi şəraitində ölkənin malik olduğu potensialın dəyərləndirilməsi və əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıblar.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin