Təhlükəsiz tullantılarla bağlı 100 milyon manat reallaşdırılmamış gəlir AŞKARLANDI

Hazırda oxunan: Təhlükəsiz tullantılarla bağlı 100 milyon manat reallaşdırılmamış gəlir AŞKARLANDI

235560

2021-2023-cü illərdən Azərbaycanda təhlükəsiz tullantıların idarə olunması hesabına 100 milyon manatdan çox potensial gəlir reallaşdırılmayıb.

Bizim.Media xəbər verir ki, bunu Hesablama Palatası apardığı audit nəticəsində müəyyən edib.

Məlumata görə, həmin reallaşdırılmamış potensial respublikanın auditlə əhatə edilmiş 10 şəhər və rayonu üzrə aşkarlanıb.

Bakı şəhəri üzrə müvafiq qurumların zərərsizləşdirilmə xidmətlərinin göstərilməsi üçün təhvil verilmiş müvafiq tullantı həcmlərinə görə "Təmiz Şəhər" ASC-yə auditlə əhatə olunan dövrün sonuna 21,3 milyon manat kreditor borcları yaranıb, maliyyə itkiləri əlavə yük yaratmaqla dövlət büdcəsinin xərcləri hesabına maliyyələşdirilib.

Palatanın hesabatında deyilir ki, tullantıların idarə olunması sisteminin qeyri-effektiv olması dövlət büdcəsinə əlavə maliyyə yükü yaradır və mövcud boşluqların aradan qaldırılması üçün təcili islahatlara ehtiyac var.

Palata aidiyyəti qurumlara tullantıların toplanması və daşınması sisteminin təkmilləşdirilməsi, şəffaflığın artırılması və maliyyə itkilərinin qarşısının alınması ilə bağlı tövsiyələr verib.

Auditin nəticələrinə əsasən, Bakıda məişət tullantılarının yalnız 1,9 %-i ilkin çeşidlənməyə təqdim olunur, qalan hissə isə birbaşa basdırılma və ya yandırılmaya yönəldilir. Sumqayıt, Gəncə, Yevlax və digər regionlarda tullantıların kustar üsulla çeşidləndiyi müəyyən edilib.
 

Bundan başqa, tullantıların çeşidlənmə prosesinin zəif olması nəticəsində ümumilikdə 43 milyon manata yaxın potensial gəlir itirilib. Bu isə tullantıların təkrar emalı və iqtisadi dəyərə çevrilməsi potensialının tam istifadə olunmadığını göstərir.


Hesablama Palatası aidiyyəti qurumlara tullantıların çeşidlənməsi sisteminin genişləndirilməsi, təkrar emal potensialının artırılması və ekoloji dayanıqlılığın təmin edilməsi üçün lazımi tədbirlərin görülməsi ilə bağlı tövsiyələr verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin