Azərbaycanda istehsal olunan avtomobillərin sayı AÇIQLANDI

Hazırda oxunan: Azərbaycanda istehsal olunan avtomobillərin sayı AÇIQLANDI

235464

2025-ci ilin yanvar ayında Azərbaycanda 235 ədəd minik avtomobili, 8 ədəd isə yük avtomobili istehsal edilib.

Bizim.Media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə minik avtomobili istehsalı 42.1%, yük avtomobili istehsalı isə 87.3% azalıb.

Qeyd edək ki, cari ilin fevral ayının 1-i vəziyyətinə hazır məhsul ehtiyatı müvafiq olaraq 141 ədəd minik, 4 ədəd isə yük avtomobili təşkil edib.

Hesabat dövründə ölkədə 46 ədəd traktor istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 6.1% azdır.

Xatırladaq ki, ötən il ölkədə 5998 ədəd minik avtomobili, 697 ədəd isə yük avtomobili istehsal edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin