Azərbaycanın 2025-2026-cı illər üçün iqtisadi artım PROQNOZLARI

Hazırda oxunan: Azərbaycanın 2025-2026-cı illər üçün iqtisadi artım PROQNOZLARI

235132

“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi 2025-ci ildə Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) artım tempinin 2 % səviyyəsində qalacağını proqnozlaşdırır.

Bizim.Media "S&P"yə istinadən xəbər verir ki, agentlik 2026-cı il üçün ÜDM artımı üzrə gözləntilərini 1,5 %-dən 2 %-ə yüksəldib.

Hesabatda qeyd olunub ki, 2024-cü ildə Qafqaz və Mərkəzi Asiya regionunun ÜDM-i agentliyin proqnozlarını üstələyib. 2025-ci ildə ÜDM artımı proqnozları yüksək qalsa da, 2024-cü ilin səviyyəsindən aşağı olacaq.

Azərbaycan İqtisadiyyat Nazirliyi cari ildə ölkədə iqtisadi artımın 3,5 % səviyyəsində olacağını, Mərkəzi Bank isə 3,3 %-lik artım gözləyir.
 

“Moody`s” beynəlxalq reytinq agentliyinin proqnozlarına görə, 2025-ci ildə Azərbaycanın real ÜDM artımı 4 % təşkil edəcək. “Fitch Ratings” ölkənin ÜDM-nin 2025-ci ildə 3 %, 2026-cı ildə isə 2,4 % artacağını proqnozlaşdırır. Niderlandın ING bankı bu il ölkədə iqtisadi artımın 2,6 %, gələn il isə 2,8 % səviyyəsində olacağını gözləyir.


Qeyd edək ki, 2024-cü ildə Azərbaycan iqtisadiyyatı 4,1 % artıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin