Dana və qoyun əti almaq istəyənlər belə ALDADILIR - Qəssabların YENİ FIRILDAĞI – VİDEO

Hazırda oxunan: Dana və qoyun əti almaq istəyənlər belə ALDADILIR - Qəssabların YENİ FIRILDAĞI – VİDEO

235119

Son zamanlar bəzi ət mağazalarında camış ətini dana əti adı ilə baha qiymətə satırlar.

Bizim.Media xəbər verir ki, AzTV bu barədə süjet hazırlayıb.

Belə ki, bəzi kəsim məntəqələrində qəssablar dana və qoyun əti almaq istəyənləri aldadaraq əvəzində daha ucuz qiymətinə olan camış əti satırlar.

Əslində camış ətini qadağan deyil. Yalnız bir şərtlə, alıcı aldığı ətin dana əti olmadığını bilməlidir. Burada problem camış ətinin mal və qoyun əti adı ilə satılmasıdır. Ətləri fərqləndirmək yalnız laboratoriyada mümkündür.

Standartlara uyğun olmayan məhsul satışını həyata keçirən məntəqələrin fəaliyyəti dayandırılsa da, diqqətli olmaqda fayda var. Xüsusilə ətin bazar qiymətinə nisbətən qat-qat ucuz satıldığı məntəqələrdə diqqətli olmaq lazımdır.
 

Camış ətini rəngi, görünüşü, qoxusu, dərialtı piy və iliyin vəziyyəti ilə fərqləndirmək mümkündür. Camış əti minerallarla zəngindir. Lakin dana əti əvəzinə baha qiymətinə camış əti almamaq, istehlakçı kimi aldadılmamaq üçün məhsulu müasir baytarlıq sanitariya tələblərinə uyğun kəsim məntəqələrindən seçmək məsləhətdir.


Daha ətraflı videomaterialda:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin