Revanşistlər üçün BP SƏDDİ – Qabil Hüseynli Qarabağa investisiya KARTLARINI AÇDI

Hazırda oxunan: Revanşistlər üçün BP SƏDDİ – Qabil Hüseynli Qarabağa investisiya KARTLARINI AÇDI

23488

“BP-nin sərhədə yaxın bölgələrdə tikinti-quruculuq işləri aparması ermənilərin qarşısına çəkilən böyük bir səddir. Onsuz da ermənilər bundan sonra başını qaldırmaq istəsə, lazım olan anda onları yerində oturda biləcək qüvvələr az deyil. Onlardan biri də elə BP və onun təmsil etdiyi dövlət Böyük Britaniyadır”

Bu sözləri Bizim.Media ilə dialoq zamanı səsləndirən politoloq Qabil Hüseynli xatırlatma da verdi ki, BP “Əsrin Müqaviləsi” adlanan neft kontraktının işə düşməsində çox böyük ol oynayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Tarixi qərar: BP Zəngilan və Cəbrayıla sərmayə qoyacaq


Şirkət həm də Azərbaycandan çıxarılan neftin operatorudur:

“BP sözün həqiqi mənasında həm də Azərbaycanın haqq işinə dəstək verən dünyanın nəhəng şirkətlərindən biridir. Bax bu mənada BP-nin işğaldan azad olunmuş zonalarda tikinti-bərpa proseslərinə cəlb edilməsi (Energetika Nazirliyi və BP Zəngilan və Cəbrayıl zonasında 240 MVt gücündə günəş elektrik stansiyasının tikintisi layihəsinin qiymətləndirilməsi və həyata keçirilməsi fəaliyyəti üzrə əməkdaşlığa dair İcra Müqaviləsi imzalayıblar) həm qanunauyğundur, həm də BP-nin Azərbaycan xalqına olan hörmətinin ifadəsidir. Zənnimcə, bu addımı yüksək qiymətləndirmək lazımdır və BP-nin Qarabağın yenidən qurulmasında iştirak etməsi Azərbaycan-İngiltərə dostluğunda yeni bir mərhələ olacaq”. 

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin