Ötən ay Azərbaycanda 2 milyon tondan çox neft hasil edilib

Hazırda oxunan: Ötən ay Azərbaycanda 2 milyon tondan çox neft hasil edilib

234560

2025-ci ilin yanvar ayında respublikada 2,3 milyon ton neft (kondensatla birlikdə) hasil edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8 faiz və ya 0,2 milyon ton azdır.

Energetika Nazirliyindən Bizim.Media-ya bildirilib ki, hasilatın 1,3 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 0,3 milyon tonu (kondensat) “Şahdəniz”in, 0,05 milyon tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 0,6 milyon ton təşkil edib.

Ötən ay ərzində 2 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 1,7 milyon tonu konsorsiumların, 0,25 milyon tonu SOCAR-ın, 0,05 milyon tonu isə “Abşeron” yatağının payına düşüb.

Neftin emalı yanvar ayında 0,6 milyon ton təşkil edib ki, bu da ötən illə müqayisədə 24,7 faiz çoxdur.

Qeyd edək ki, 2025-ci ilin yanvar ayında gündəlik neft (kondensatla birlikdə) hasilatı 74,5 min ton (559 min barel) olub. Bunun 61,7 min tonunu (454 min barel) xam neft, 12,8 min tonunu (105 min barel) kondensat təşkil edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin