Vergi daxilolmalarının həcmi 15,8 milyardı ÖTDÜ

Hazırda oxunan: Vergi daxilolmalarının həcmi 15,8 milyardı ÖTDÜ

234559

2024-cü ildə vergi daxilolmalarının həcmi 15,8 milyard manatı keçib, Dövlət Vergi Xidmətinin xəttilə toplanan fiskal yığımlar isə 22,8 milyard manat olub.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Vergi Xidmətinin (DVX) rəisi Orxan Nəzərli “Vergi Xidməti-25: Davamlı inkişaf və effektiv transformasiya” mövzusunda keçirilən Forumda deyib.

“Bununla da DVX bütün fiskal yığımların 77 faizindən çoxunu təmin edən orqandır. “Kölgə iqtisadiyyatı” ilə mübarizə, iqtisadiyyatda şəffaflıq səviyyəsinin artırılması, haqlı rəqabətin qorunması, intizamlı vergi ödəyicilərinə münasibətin intizamsız ödəyicilərdən fərqləndirilməsi, dövlətin vergi tənzimləmə alətlərindən fəal istifadəsi, sahibkarlığın dəstəklənməsi bu yeni yanaşmanın əsas tərkib hissələridir”, - deyə Orxan Nəzərli əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin