Azərbaycan ötən ay nə qədər neft-kondensat ixrac edib?

Hazırda oxunan: Azərbaycan ötən ay nə qədər neft-kondensat ixrac edib?

234519

Bu ilin yanvar ayında operativ məlumatlaraəsasən, Azərbaycanda neft-kondensat hasilatı 2,3 milyon ton, ixracı isə 2 milyon ton olub.

Bizim.Media xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir əlavə edib ki, ötən ay 3,9 milyard kubmetr qaz hasil edilib. 2 milyard kubmetr qaz isə ixrac olunub.

Qeyd edək ki, hazırda Azərbaycandan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə "Azəri-Çıraq-Günəşli" yataqlarblokundan hasil edilən neft və "Şahdəniz" yatağından hasil edilən
kondensat nəql olunur. Bundan əlavə, boru kəməri ilə Türkmənistan vəQazaxıstandan neft nəql edilir.

Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Qaz Boru Kəməri (TANAP)vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiyaqazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb. Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql olunur.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin