Azad edilmiş ərazilərdəki tələbələrin təhsil haqqı üçün ayrılan vəsaitin MƏBLƏĞİ

Hazırda oxunan: Azad edilmiş ərazilərdəki tələbələrin təhsil haqqı üçün ayrılan vəsaitin MƏBLƏĞİ

234407

Azad edilmiş ərazilərdə məskunlaşan şəxslərin təhsil haqlarının dövlət hesabına ödənilməsi məqsədilə ilkin hesablamalara görə ən azı 3 min nəfər üçün 3,5 milyon manat vəsait ayrılacaq.

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev Parlamentin Elm və təhsil komitəsinin bugünkü iclasında “Təhsil haqqında” və “Peşə təhsili haqqında” qanunlara təklif olunan dəyişikliklərin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, azad edilmiş ərazilərdə məskunlaşan şəxslərin təhsil haqlarının dövlət hesabına ödənilməsi hələ ki ali və orta ixtisas təhsili ilə bağlıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin