“Lukoil”şirkəti Xəzər dənizindəki “Dostluq” yatağının operatoru ola bilər.
Bizim.Media xəbər verir ki, şirkətin prezidenti Azərbaycan əsilli Rusiyalı milyader Vahid Ələkbərov bununla bağlı açıqlama verib.
O, bildirib ki, rəhbərlik etdiyi şirkət Xəzər dənizindəki “Dostluq” yatağının operatoru olmaq istəyir.
"Bununla bağlı məsləhətləşmələr aparılır, hökumətlərarası razılaşma hazırlanır. Biz operator olmaq istəyirik, nə qədər paya sahib olacağımızı isə hələ bilmirik”, - deyə Vahid Ələkbərov bildirib.
Qeyd edək ki, “Dostluq” yatağının istismarı ilə bağlı Azərbaycanla Türkmənistan arasında Anlaşma Memorandumu bu ilin yanvar ayında imzalanıb. “Lukoil”-in “Dostluq”-un operatoru olacağı hələ mart ayından gözlənilirdi. Şirkətin bununla bağlı Türkmənistan tərəfinə müraciət etməsi barədə məlumatlar yayılmışdı.
Bəzi gözləntilərə görə, “Lukoil” operator qismində layihədə 40 faiz paya sahib ola bilər.
Qeyd edək ki, Azərbaycanın “Dostluq” yatağında payı 30 faiz olaraq müəyyənləşdirilib.
Xatirə Nəsirli, Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
17:15 / 03.06.2021
Vahid Ələkbərov “Dostluq” yatağına şərik olmaq istəyir – “Neçə faizlə...”
Hazırda oxunan: Vahid Ələkbərov “Dostluq” yatağına şərik olmaq istəyir – “Neçə faizlə...”
Hazırda oxunan: Vahid Ələkbərov “Dostluq” yatağına şərik olmaq istəyir – “Neçə faizlə...”
23413
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.