Türkiyədən Azərbaycana məhsul ixracı kəskin ARTDI

Hazırda oxunan: Türkiyədən Azərbaycana məhsul ixracı kəskin ARTDI

234079

Ötən il Azərbaycan Türkiyədən 3,1 milyard dollar dəyərində məhsul idxal edib.

Bizim.Media “Anadolu” agentliyinə istinadən xəbər verir ki, 2024-cü ildə Türkiyənin ən çox məhsul ixrac etdiyi ölkələr sırasında Azərbaycan beşinci yerdədir.
 

Qeyd olunan dövrdə Türkiyə qonşuları Azərbaycan, Bolqarıstan, Gürcüstan, İran, İraq, Suriya və Yunanıstana ümumilikdə 34,2 milyard dollarlıq məhsul ixrac edib. Sözügedən məbləğ 2023-cü ildə təxminən 31,9 milyard dollar təşkil edib ki, bu da illik müqayisədə 7,4 faiz artım deməkdir.


Türkiyənin ən çox məhsul ixrac etdiyi ölkə 13 milyard dollarla İraq olub. Siyahıda İraqdan sonra 5,2 milyard dollarla Bolqarıstan, 4,8 milyard dollarla Yunanıstan, 3,2 milyard dollarla İran, 3,1 milyard dollarla Azərbaycan qərarlaşıb.

İxracda ən böyük illik artım 21,9 faizlə Bolqarıstana, 15,5 faizlə Yunanıstana və 10,1 faizlə Azərbaycana qeydə alınıb.

Qeyd edək ki, Naxçıvanla bağlı rəsmi məlumat olmadığı üçün hesablamaya daxil edilməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin