ÇİN Amerikanı diz çökdürür – İqtisadi liderə çevrilir 

Hazırda oxunan: ÇİN Amerikanı diz çökdürür – İqtisadi liderə çevrilir 

23353

Vaxtilə Çinin iqtisadiyyatının digər ölkələri qabaqlayaraq, liderlik qazanacağı haqda proqnozlar inanılmaz olaraq qəbul edilsə də, artıq gözləntilərin reallaşacağı gün uzaqda görünmür. 
Son vaxtlar bir sıra Çin şirkətləri sürətli artım nümayiş etdirməyə başlayıb. Ölkədə atılan bir sıra addımların iqtisadi artımı daha da sürətləndirəcəyi ehtimal olunur. 

Həmin addımlar sırasında ölkədə doğum səviyyəsini məhdudlaşdıran tədbirlər yumşaldılmasını qeyd etmək olar. Artıq Çində ailələrin üçüncü övlad sahibi olmasına icazə verilib.
 

MÖVZU İLƏ BAĞLI:

ABŞ-la İran uranı həll edir – SİYAHI RAZILAŞDIRILIB


Bir sıra proqnozlara görə, Çində 2030-cu ilədək kəskin işçi qüvvəsi çatışmazlığı yarana bilər. Hesablamalara görə, 2035-ci ilə qədər isə hər iki vergi ödəyicisinə bir pensiyaçı düşəcək.

Hesab olunur ki, doğum nisbətindəki artım demoqrafik boşluğu azaltmağa və iqtisadi böyüməni dəstəkləməyə kömək edəcək.

İqtisadi artımı stimullaşdırılması istiqamətində atılan digər addım olaraq yuanın  -  dollara qarşı məzənnəsinin ucuz saxlanılmasıdır. Məzənnə 2018-ci ildə olduğu kimi minimum həddə qalsa da, Çin hökumətinin süni devolvasiyaya gedəcəyi ehtimal olunur.

Qeyd edək ki, 2018-2019-cu illərdə ABŞ-la ticarət müharibəsi zamanı da Çində oxşar addımlar atılmışdı. Nəticədə iki il ərzində yuan 20% düşmüşdü. Ssenari təkrarlanarsa, bu Çin ixracatçılarının dünya bazarındakı mövqelərini gücləndirəcək.
 

Digər tərəfdən Çin hökuməti iqtisadi artım tempini sürətləndirmək üçün istehsalı stimullaşdırmaqda davam edir. Təsadüfü deyil ki, İqtisadi İnkişaf vǝ Əməkdaşlıq Tǝşkilatı bu il Çinin ÜDM artımı ilə bağlı proqnozunu 8,4% -ə qaldırıb.


“InvestFuture” analitikləri də Çin fond bazarının perspektivinə müsbət  yanaşırlar və Çin şirkətlərinin səhmlərinin uzunmüddətli investorlar üçün cəlbedici hesab edirlər.

Xatirə Nəsirli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin