Əhalinin NƏZƏRİNƏ: Xidmət haqqı tutulacaq

Hazırda oxunan: Əhalinin NƏZƏRİNƏ: Xidmət haqqı tutulacaq

233052

Azərbaycanda "e-bildiriş"in təqdim edilməsinə görə xidmət haqqı tutulacaq. 

Bizim.Media xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Dövlət rüsumu” haqqında qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. 
 

Dəyişikliyə əsasən, nəzərdə tutulan dövlət rüsumlarının ödənilməsi zamanı hər bir dövlət rüsumu tutulmalı olan hüquqi hərəkət üzrə tərtib edilmiş "e-bildiriş"ə görə 0,02 manat məbləğində xidmət haqqı tutulacaq və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və maddi təminatının yaxşılaşdırması məqsədilə həmin orqanın xəzinə hesabına köçürüləcək. 


Nəzərdə tutulan vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin