Qəzza rəsmiləri 2023-cü ilin oktyabrından bu yana gedən döyüşlər nəticəsində Fələstin anklavına dəymiş birbaşa ziyanı 50 milyard dollardan çox qiymətləndirirlər.
Bizim.Media xəbər verir ki, bu ilkin məlumatlar Qəzza hakimiyyətinin mətbuat xidməti tərəfindən öz Telegram kanalında dərc olunub.
Sənəddə yazılır: "Döyüşlər nəticəsində dəyən zərər ilkin olaraq 50 milyard dollardan çox qiymətləndirilir; müharibə Qəzzada həyatın bütün sahələrinə təsir edib".
Qəzza rəsmiləri deyirlər ki, anklavın sakinləri təkcə yaşayış binalarını deyil, həm də tibb müəssisələrini, məktəbləri və universitetləri, həmçinin dini obyektləri və sistemləri yenidən qurmalı olacaqlar.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
22:29 / 02.02.2025
Qəzzaya 50 milyard dollardan çox ziyan dəyib
Hazırda oxunan: Qəzzaya 50 milyard dollardan çox ziyan dəyib
Hazırda oxunan: Qəzzaya 50 milyard dollardan çox ziyan dəyib
232931
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.