“BRİKS ölkələri qlobal ticarətdə ABŞ dollarına yeni valyuta və ya başqa alternativ yaratmağa çalışacaqları təqdirdə onlara 100% idxal rüsumları tətbiq edəcəyik”.
Bizim.Media xəbər verir ki, bu fikirləri ABŞ prezidenti Donald Tramp “Truth Social” səhifəsində yazıb.
“Biz düşmən kimi görünən bu ölkələrdən tələb edəcəyik ki, yeni BRİKS valyutası yaratmasınlar və ya güclü ABŞ dollarını əvəz edəcək hər hansı başqa valyutaya dəstək verməsinlər. Əks halda onlar 100% tariflərlə üzləşəcəklər”, - deyə Tramp bildirib.
Xatırladaq ki, Donald Tramp seçki kampaniyası dövründə də BRİKS ölkələrinə eyni xəbərdarlığı etmişdi.
Bizim.Media