“Ölkə üzrə avtomobillərin 45 faizi Bakı və Abşeron qeydiyyatındadır”.
Bizim.Media xəbər verir ki, bu barədə AYNA-nın sədri Anar Rzayev Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə deyib.
A.Rzayev bildirib ki, bu, 780 min avtomobil deməkdir.
AYNA rəhbərinin sözlərinə görə, gün ərzində 630 mindən çox sərnişin-vətəndaş Bakı şəhərinin mərkəzinə doğru yönəlir. Həmin vətəndaşlar təxminən 300 min avtomobillə şəhərin mərkəzinə doğru hərəkət edirlər.
Bizim.Media