Azərbaycandan Almaniya ilə bağlı qadağa

Hazırda oxunan: Azərbaycandan Almaniya ilə bağlı qadağa

23168

Almaniya Federativ Respublikasının Bremen şəhərində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Bizim.Media-ya verilən məlumata əsasən, respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə Almaniyanın Bremen şəhərindən bütün növ diri quş, quş əti və damazlıq yumurtanın idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Almaniya Federativ Respublikasından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin