Müəllimlər üçün xüsusi güzəşt kartı hazırlanır – RƏSMİ

Hazırda oxunan: Müəllimlər üçün xüsusi güzəşt kartı hazırlanır – RƏSMİ

231157

Təhsil işçiləri üçün “TəhsilPlus” kartı proqramının hazırlanmasını nəzərdə tutulur.

Bizim.Media xəbər verir ki, bunu Təhsilin İnkişafı Fondunun sədri Elnur Nəsibov AZƏRTAC-a müsahibəsində bildirib.
 

O qeyd edib ki, bu proqramdan müəllimlər, idarəedici heyət, direktor və direktor müavinləri, ümumiyyətlə, təhsil sahəsində çalışan hər kəs faydalana biləcək.


Fondun sədrinin sözlərinə görə, “TələbəPlus” proqramın cari ildə 190 min tələbəni əhatə etməsi planlaşdırılır. "Növbəti illərdə bu sayın 250 minə çatdırılması nəzərdə tutulur. Bu layihə tələbələrin sosial, maddi vəziyyətlərinin yaxşılaşdırılması üçün mühüm addımdır. Burada bu günə qədər 300-dən çox şirkətlə (kafe, restoran, sağlamlıq mərkəzləri, özəl xəstəxanalar, kinoteatrlar və s.) əməkdaşlıq edilir", - o qeyd edib.

Elnur Nəsibov deyib ki, ümumilikdə 23 universitetlə müqavilə imzalanıb. Bu ali təhsil müəssisələri Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Lənkəran, Naxçıvan şəhərlərində yerləşir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin