Gürcüstana quru yol açıldı, bəs digər ÖLKƏLƏR? – Deputatdan qaydalarla bağlı TƏKLİF

Hazırda oxunan: Gürcüstana quru yol açıldı, bəs digər ÖLKƏLƏR? – Deputatdan qaydalarla bağlı TƏKLİF

23113

Xəbər verildiyi kimi bu gündən Azərbaycandan Gürcüstana quru yolla səfər etmək mümkün olacaq. Gürcüstana gedəcək şəxslərdən son 72 saat ərzində aparılan PCR testinin mənfi nəticəsini təsdiqləyən arayış tələb ediləcək. 

Bizim.Media xəbər verir ki, məsələni “Facebook” hesabında şərh edən millət vəkili, iqtisadçı Vüqar Bayramov pandemiyadan əvvəlki illərdə Gürcüstanın iqtisadi, xüsusən də turizm sferasında ölkəmizin əsas tərəfdaşlarından olduğunu qeyd edib.
 

MÖVZU İLƏ BAĞLI:

Gürcüstan Azərbaycanla quru sərhədlərini açdı - Səfər üçün TƏLƏBLƏR


Onun sözlərinə görə,  pandemiyayadək truzim sektorunda Gürcüstan Azərbaycanın ən vacib tərəfdaşlarından idi:

“2019-cu ildə Gürcüstandan Azərbaycana 725 min nəfər gəlmişdi. Bu ölkəmizə Rusiyadan gələnlərdən sonra say baxımdan ikinci ən böyük göstərici idi. Həmin il xaricə gedən 5 milyon 567 min Azərbaycanlı turusitin 28,9%-i Gürcüstana səfər edib. Bu o deməkdir ki, 1 milyon 926 min vətəndaşımız il ərzində Gürcüstana gedirdi”.

Pandemiya səbəbindən bu ilin 4 ayında Gürcüstandan gələnlərin sayının 8,6 dəfə azaldığını vurğulayan deputat həmin dövrdə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayının da 5,8 dəfə azaldığını bildirib.

Vüqar Bayramov qeyd edib ki, yay turizm mövsümünün yaxınlaşdığını nəzərə alaraq bizdə də ölkəmizə səfərlə bağlı qaydaların mərhələli şəkildə yumşaldılması məqsədəuyğun olardı: 

“Mövcud qaydalara əsasən, ölkəyə yalnız bizdə akkreditə olan xarici diplomatik nümayəndəlik və konsulluqların rəhbərləri, əməkdaşları və onların ailə üzvləri, valideynlərdən biri, həyat yoldaşı və ya azyaşlı övladı Azərbaycan Respublikası vətəndaşı olan əcnəbilər, ölkəmizdə işləmək, müvəqqəti və ya daimi yaşamaq icazəsi olan xaricilər və ali təhsil müəssisələrimizdə təhsil alan əcnəbi tələbələr gələ bilər. Yaxşı olardı ki, yoluxma sayının lokallaşdırıldığı ölkələrdən müddətli neqativ test nəticəsinə malik olan əcnəbilərin də ölkəmizə səfərinə icazə verilsin”. 

Deputat əlavə edib ki, AZAL bütün sərnişinlərdən uçuşdan 48 saat öncə alınmış koronavirus (COVID-19) neqativ PSR-testi haqqında çap edilmiş arayışı tələb edir:

“Son aylar reyslərin sayının az olduğunu nəzərə alsaq, tranzit uçuş edən sərnişlər üçün bu bəzi hallarda çətinlik yaradır. O baxımdan, bir sıra digər ölkələrdə olduğu kimi bu müddətin 48 deyil, 72 saat müəyyənləşdirilməsi daha məqəsədəuyğundur”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin