Azərbaycanda bank sektoru ilə bağlı MÜSBƏT PROQNOZ - 3 milyarda yaxın...

Hazırda oxunan: Azərbaycanda bank sektoru ilə bağlı MÜSBƏT PROQNOZ - 3 milyarda yaxın...

231065

2025-ci ildə Azərbaycanın ənənəvi bank sektorunun xalis faiz gəlirinin 3,9% artaraq 2,89 milyard ABŞ dollarına çatacağı gözlənilir.

Bizim.Media xəbər verir ki, bu barədə "Statista" portalının proqnozunda bildirilib. Bunun 1,67 milyard ABŞ dolları ənənəvi pərakətdə bankçılığın payına düşəcək.

Ümumilikdə 2025-2029-cu illərdə Azərbaycanda sektorun xalis faiz gəlirləri illik 3,45% həcmində artacaq və 2029-cu ilə qədər bazar həcminin 3,31 milyard ABŞ dolları bərabər olacağı gözlənilir.

Qlobal miqyasda isə xalis faiz gəlirlərinin böyük hissəsi Çinin payına düşəcək və 2025-ci ildə 4 trilyon 160,0 milyard ABŞ dolları təşkil edəcək.

"Statista" qeyd edib ki, Azərbaycanın ənənəvi bankları rəqəmsal bankçılıq platformalarından artan rəqabətlə üzləşir və bu, müştərilərin seçimində dəyişiklik yaradır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin