Araz çayı boyunca inşa edilmiş Araz su anbarı və Mil-Muğan hidroqovşağının birgə istifadə edilməsinin 50 illiyi münasibətilə yubiley mərasimi keçirilib.
Bu barədə Bizim.Media-ya “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-dən bildirilib.
Məlumata görə, Azərbaycan və İranın hökumət nümayəndələrinin iştirakı ilə təşkil edilmiş mərasimdə Azərbaycan tərəfdən Naxçıvan MR-nın Baş naziri Səbuhi Məmmədov, İran tərəfdən isə Şərqi Azərbaycan vilayətinin valisi Mohammad Reza Pour Mohammadi açılış nitqləri ilə çıxış ediblər.
S.Məmmədov deyib ki, Azərbaycan və İranın dövlət sərhədində Araz və Mil-Muğan su anbarlarının dostcasına birgə istifadəsinin 50 illiyinin xüsusi mərasimlə qeyd edilməsi əlaqələrimizin möhkəm tarixi köklər üzərində daha da inkişafının göstəricisidir.
Mohammadi isə bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin bitməsini və bölgədə davamlı sülhün bərqərar olmasına dair razılıqları nəzərə alaraq bütün ölkələrin əməkdaşlığı üçün yaxşı bir fürsət yaradılıb. O ,İranın Azərbaycanla hər cür əməkdaşlığa hazır oldğunu deyib.
Yekunda Araz su anbarları və Mil-Muğan hidroqovşağının istismarı üzrə birgə komissiyanın və 50-ci görüşün protokolu imzalanıb.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
10:52 / 01.06.2021
Azərbaycanla İran arasında mühüm sənəd imzalandı
Hazırda oxunan: Azərbaycanla İran arasında mühüm sənəd imzalandı
Hazırda oxunan: Azərbaycanla İran arasında mühüm sənəd imzalandı
23091
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.