Boşanma zamanı ƏMLAK BÖLGÜSÜ – Ev ipotekadadırsa, qalan borcu KİM ÖDƏMƏLİDİR?

Hazırda oxunan: Boşanma zamanı ƏMLAK BÖLGÜSÜ – Ev ipotekadadırsa, qalan borcu KİM ÖDƏMƏLİDİR?

230482

Azərbaycanda son illlər boşanmaların sayı artıb. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, ötən ilin 10 ayı ərzində ölkədə 17 min 907 boşanma halı qeydə alınıb.

Bu da bir sıra mübahisələrə səbəb olur. Belə ki, nikahı pozulan cütlüklər arasında ən çox əmlakla bağlı narazılıqlar yaranır.
 

MÖVZU İLƏ BAĞLI:

Boşanma və aliment məsələləri ilə bağlı QAYDALAR DƏYİŞDİ


Ailənin birgə əldə etdiyi əmlakın bərabər bölünməsi, övladlara çatacaq haqq, aliment və digər məsələlər qanunvericiliklə həll edilir. Buna baxmayaraq bəzən əmlakla bağlı illərlə məhkəmə çəkişmələri davam edir.

Mübahisə doğuran məsələlərdən biri də kreditlə və ya ipoteka ilə alınan mənzildir. Belə ki, birgə yaşadıqları müddətdə aldıqları evin ilkin ödənişini və bir neçə ilin kredit borcunu ödəyən cütlük ayrıldıqdan sonra bunun bölünməsində nəticəyə gələ bilmirlər.

Bəs ipoteka ilə alınan əmlak boşanma zamanı necə bölünür?

Vəkil Ruslan Vəliyev mövzuyla bağlı Bizim.Media-ya açıqlamasında bu məsələnin qanunla tənzimləndiyini deyib:

“Boşanma zamanı həm əmlak, həm də öhdəlik bölünür. Burada öhdəlik kimi ödəniləcək məbləğ nəzərdə tutulur”.

Hüquqşünas tərəflərdən birinin ödəniləcək məbləği öz öhdəsinə götürəcəyi təqdirdə məsələnin necə həll olunması məsələsinə də aydınlıq gətirib.

“Bu məsələdə onlar öz aralarında razılığa gələ bilərlər. Lakin qanunvericilik yuxarıda qeyd etdiyim kimi tənzimləyir” deyə, o qeyd edib.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin