Dəfn üçün pensiyaçılara verilən müavinət ARTIRILDI – RƏSMİ

Hazırda oxunan: Dəfn üçün pensiyaçılara verilən müavinət ARTIRILDI – RƏSMİ

230469

Azərbaycanda vəfat edən şəxsin yaxınlarına dəfn pulu verilir. Dəfnə görə birdəfəlik sosial müavinət “İşsizlikdən sığorta haqında” qanuna uyğun olaraq işsizlikdən sığorta ödənişi alan, sığorta olunan şəxslər və ya əmək pensiyası alan şəxslər vəfat etdikdə ödənilir.

Bizim.Media xəbər verir ki, vəfat edən təqaüdçü olarsa, müavinətin məbləği əmək pensiyasının minimum məbləğinin 3 misli qədər müəyyən olunur.
 

MÖVZU İLƏ BAĞLI:

Ev qiymətinə satılan QƏBİRLƏR - Məzar yerləri əhaliyə pulsuz VERİLİR?


Ötən il minimum əmək pensiyası 280 manat olduğu üçün vəfat edən pensiyaçının dəfn xərcini üzərinə götürən şəxsə verilən məbləğ 280 manatın 3 misli qədər, yəni 840 manat müəyyən edilmişdi.

Bu il, 2025-ci ildə həm minimum əməkhaqqı, həm minumum pensiya məbləği artırlıb. Prezidentin müvafiq Sərəncamı ilə minimum pensiyanın məbləği 280 manatdan 320 manata qədər artırılıb. Bu da onu göstərir ki, bu il ərzində vəfat edən pensiyaçıların yaxınlarına dəfn üçün verilən minimum məbləğ artaraq 960 manat olub.

Xatırladaq ki, bu qayda yaşa görə sosial müavinət alanlara şamil olunmur.

Qeyd edək ki, vəfat edən şəxs həm işləyən, həm də pensiyaçı olarsa, onun dəfni üçün müavinətlərdən biri (məbləği böyük olan) ödənilir.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin