Əsas ərzaq məhsulları UCUZLAŞACAQ? – FOTO

Hazırda oxunan: Əsas ərzaq məhsulları UCUZLAŞACAQ? – FOTO

230409

“Nazirlər Kabineti “Dövlət ehtiyatları üçün malların tədarükü, saxlanılması, buraxılması və uçotu qaydalarını təsdiq edib. Yeni sənəd ilə strateji, fövqəladə və səfərbərlik ehtiyatları üçün malların tədarükü, saxlanılması, buraxılması, uçotu və bu sahədə nəzarətin həyata keçirilməsi, dövlət ehtiyatlarına aid olan malların hərəkəti və mövcudluğu barədə hesabatın formasının və təqdim edilməsinin qaydasını və hüquqi əsaslarını müəyyən edilib”.

Bizim.Media xəbər verir ki, bu fikirləri millət vəkili Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.

Deputat bildirib ki, dövlət ehtiyatları yalnız taxıl deyil, eyni zamanda əhalinin istifadə etdiyi digər vacib ərzaq məhsulları üzrə yaradılır: 

“Strateji ehtiyatların həm dövlət, həm də bu sahədə fəaliyyət göstərən özəl şirkətlər tərəfindən yaradılması nəzərdə tutulur. İstehlak bazarında qiymətlərin monitorinqi nəticəsində əgər hər hansı strateji əhəmiyyət daşıyan ərzaq məhsulunun qiymətində artımlar varsa, o zaman həmin ehtiyatlardan istifadə etməklə qiymətlərin tənzimlənməsi və artmış qiymətlərin aşağı salınması gözlənilir.
 

Yeni qaydların qəbul olunması bu sahədə şəffaflığı artırmaqla yanaşı, yeni strateji ehtiyatların yaradılması hesabına istehlak bazarında tarazlığın qorunub saxlanması və ərzaq məhsullarının qiymətlərinin kəskin artımının qarşısının alınmasına dəstək verəcək.


Bura təxminən 12 adda ərzaq məhsulları daxildir və söhbət çörək, çay, qənd, yağ, düyü və s. kimi zəruri ərzaq məhsullarından gedir. Gözlənilir ki, strateji ərzaq məhsullarının qiymətində kəskin artımların qarşısı məhz həmin ehtiyatlardan istifadə etməklə alınacaq və bu da bazarda vətəndaşlarımız üçün strateji ərzaq məhsullarının daha optimal qiymətə təklif edilməsinə imkan verəcək”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin