Bu universitetlərə 27 milyon manat AYRILDI

Hazırda oxunan: Bu universitetlərə 27 milyon manat AYRILDI

229776

“2025-ci ildə Qarabağ Universiteti və Türkiyə-Azərbaycan Universitetinə dövlət büdcəsində 27 milyon manat nəzərdə tutulub”.

Bizim.Media xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini, “İnsan kapitalı və təhsil üzrə” İşçi qrupunun rəhbəri Kənan Kərimzadə “Azərbaycan müəllimi” qəzetinə müsahibəsində deyib.

Nazir müavini bildirib ki, cari tədris ili ölkəmizin ali təhsil sistemində bir sıra yeni universitetlərin fəaliyyətə başlaması ilə əlamətdar olub:

“2024-2025-ci tədris ilində Qarabağ Universiteti fəaliyyətə başlayıb. 2024-2025-ci tədris ili üzrə Qarabağ Universitetinin bakalavriat səviyyəsinə 1104 tələbə qəbul olub və qəbul planı 98,5 faiz yerinə yetirilib. Universitetə qəbul olan tələbələrdən 101 nəfəri 600-dən, 385 nəfəri isə 500-dən çox bal toplayıb. 

Cari ildə universitetin fəaliyyətinin təmin edilməsi məqsədilə dövlət büdcəsində 17 milyon manat vəsait nəzərdə tutulub. Qarabağ Universitetində infrastruktur quruculuğu işləri də yüksək sürətlə davam etdirilir.
 

Ölkə Prezidentinin müvafiq Fərmanı ilə “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə-Azərbaycan Universitetinin (TAU) yaradılmasına dair Anlaşma Memorandumu” təsdiq edilib. 


2024-2025-ci tədris ilindən fəaliyyətə başlayan TAU-da hazırda kompüter mühəndisliyi, sənaye mühəndisliyi və qida mühəndisliyi ixtisasları üzrə 83 tələbə təhsil alır. 2025-ci ildə universitetin fəaliyyətinin təmin edilməsi və tələbə qəbulunun artırılması məqsədilə dövlət büdcəsində 10 milyon manat vəsait nəzərdə tutulub”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin