Slovakiya qaz tranzitini bərpa etmək üçün Ukraynaya təzyiq göstərəcək - Fiko

Hazırda oxunan: Slovakiya qaz tranzitini bərpa etmək üçün Ukraynaya təzyiq göstərəcək - Fiko

229664

“Ukrayna öz ərazisindən qaz tranzitini dayandırdıqdan sonra yaradılan enerji üzrə texniki qrupun işi çərçivəsində rəsmi Kiyevə təzyiq göstərəcəyik”.

Bizim.Media xəbər verir ki, bunu Slovakiya hökumətinin başçısı Robert Fiko TAZ telekanalında bildirib.

“Əgər biz Ukrayna vasitəsilə şərqdən müəyyən həcmdə qaz idxalı üzərində işləməsək, Avropada qaz qıtlığının və qiymətinin böyük artımının şahidi olacağıq”, - deyə o, əlavə edib.

Baş nazir qeyd edib ki, öz hərəkətləri ucbatından Ukraynanın özü qaz tranzitinə görə 800 milyon avro itirir. 

Fiko vurğulayıb ki, Ukrayna ərazisindən qaz tranzitinin dayandırılması ilə bağlı vəziyyət ABŞ və Çinlə müqayisədə Avropa İttifaqının rəqabət qabiliyyətinə mənfi təsir göstərə bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin