“Naxçıvandan yeni koridorun inşasını birlikdə həyata keçirəcəyik” – Türkiyəli NAZİR

Hazırda oxunan: “Naxçıvandan yeni koridorun inşasını birlikdə həyata keçirəcəyik” – Türkiyəli NAZİR

22900

“Biz də dəmir yolu məsələsində çalışırıq”.

Bizim.Media xəbər verir ki, bunu bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşdə Türkiyə Respublikasının nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu bildirib.

Nazir deyib ki, Naxçıvan ilə Qars arasındakı, Qars-Aralık-Dilucu arasındakı layihələrimizi yekunlaşdırmışdıq:

“İnşallah, onları da bir proqram şəklində hazırlayıb bu dəmir yolunu – Naxçıvan ərazisindən yeni bir koridorun inşasını birlikdə həyata keçirəcəyik. Dostlarımızla toplantılarımızı keçirəcəyik. Qardaşlarımızın işi bizim işimizdir. İnşallah, hamımız birlikdə əl-ələ verərək gözəl işlərə imza atacağıq”.(apa)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin