Pensiya ödənişlərinə əlavə 710 milyon manat ayrılıb

Hazırda oxunan: Pensiya ödənişlərinə əlavə 710 milyon manat ayrılıb

228903

Aparılan islahatlar çərçivəsində pensiya artımlarının davamlı xarakter alması pensiya təminatı üzrə ödənilən vəsaitlərin də mütəmadi artımı ilə nəticələnir. Növbəti sosial islahat paketi olaraq gələn ayın 1-dən minimum pensiyanın 280 manatdan 320 manata çatdırılması, həmçinin bu ilin əvvəlindən pensiyaların indeksləşdirilərək artırılması da nəzərdə tutulur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, həmin artımlarla əlaqədar olaraq 2025-ci ildə də pensiyalarının ödənilməsi xərclərində artım dinamikası davam edəcək.
 

Cari ildə əmək pensiyalarının ödənilməsi xərcləri üçün 7 milyard 210 milyon 530 min manat nəzərdə tutulub ki, bu da keçən il müvafiq istiqamətdə ayrılan vəsaitdən 710 milyon manat və ya 11 faiz çoxdur.


Ümumilikdə isə pensiyalar üzrə ayrılan illik vəsait 2018-ci ildən ötən dövrdə 2 dəfə artıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin