Dünyada qızıl ehtiyatını artıran ölkələrin SİYAHISI

Hazırda oxunan: Dünyada qızıl ehtiyatını artıran ölkələrin SİYAHISI

228269

2024-cü ildə Rusiya qızıl-valyuta ehtiyatlarının artımına görə dünyada yeddinci yeri tutub.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiyanın “Ria Novasti” agentliyi məlumat yayıb.

Verilən informasiyaya əsasən, ötən ilin sentyabrın sonunda dünya mərkəzi banklarının beynəlxalq aktivləri bir il əvvəlki 12,9 trilyon dollara qarşı 14,3 trilyon dollar təşkil edib. Burada mütləq lider valyuta ehtiyatlarını 263,3 milyard artıran Çin olub. İkinci yerdə 131,9 milyard dollar artımla İsveçrə qərarlaşıb; ilk üçlüyü 118,1 milyard dollarla Hindistan qapayır.

Almaniyanın ehtiyatları il ərzində 67,2 milyard dollar, Fransanın ehtiyatları 66,1 milyard, Rusiyanın isə 64,7 milyard dollar artıb. İlk onluqda həmçinin Sinqapur (artım 52,4 milyard dollar), Polşa (artım 38,8 milyard dollar) və Braziliya (31,7 milyard dollar artım) yer alıb.

Türkiyə, Yaponiya və Meksikanın mərkəzi bankları da daxil olmaqla 20 tənzimləyici aktivlərini 30 milyard dollar, qalan 70 ölkə isə aktivlərini on milyarddan az artırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin