Bakıda ödənişli xidmətlərin dəyəri 9%-dən çox ARTIB

Hazırda oxunan: Bakıda ödənişli xidmətlərin dəyəri 9%-dən çox ARTIB

228248

2024-cü ilin yanvar-noyabr aylarında Bakı şəhərində əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 6 940,3 milyon manat təşkil edib.

Bu barədə Bizim.Media Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir.

Məlumata görə, bu göstərici 2023-cü ilin eyni dövrü ilə müqayisədə real ifadədə 9,2 faiz çoxdur.

Qeyd olunub ki, hüquqi şəxslər tərəfindən əhaliyə 6 643,9 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 95,7 faizini təşkil edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin