Su təsərrüfatına büdcədən yarım milyon manat AYRILDI – Bu vəsait nələri DƏYİŞƏCƏK?

Hazırda oxunan: Su təsərrüfatına büdcədən yarım milyon manat AYRILDI – Bu vəsait nələri DƏYİŞƏCƏK?

227998

2025-ci ildə Azərbaycanda dövlət büdcəsindən su ehtiyatlarından səmərəli istifadə, fermerlərin suvarma suyu ilə təchizatı və suvarma sahələrinin genişləndirilməsi üçün növbəti ilin dövlət büdcəsindən 546 milyon manat ayrılacaq.

Bəs bu yarım milyard manatlıq vəsaitin nəticəsi nə olacaq?

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Bizim.Media-ya bildirib ki, vəsaitin hara xərclənəcəyi məlum olmadığı üçün nələrin dəyişəcəyini bilmək də çətindir.

“Bu vəsaitin hansı layihələrə xərclənəcəyi hələ ki, məlum deyil. Çünki Azərbaycanda dövlət büdcəsindən vəsaiti ayırırlar, ondan sonra layihələri müəyyənləşdirirlər. Bu yanaşma uzun illərdir ki, dəyişmir. Prosedur belə olmamalıdır, birinci layihələri müəyyənləşdirib, təqdim edib, onlara əsasən maliyyələşdirilmə edilməlidir”.

Su probleminin səbəbləri

İqtisadçının sözlərinə görə, ölkədə olan su probleminin çox az hissəsi su qıtlığından qaynaqlanır.

“Ölkədə ciddi su problemi var. İçməli su problem hələ bir yana, çox ciddi suvarma problem var. Problemin əsas hissəsi idarə etmə və infrastrukturla bağlıdır. Birinci suyun çatdırılması üçün normal infrastruktur yoxdur. Içməli su üçün harada şəbəkə qurulubsa orada idarə etmə normaldır, ölkənin 60 faizdən çoxu isə kənd təsərrüfatı təyinatlı ərazilərdir. Həmin ərazilərdə suvarma suyunun təmin edilməsi ən vacib məsələlərdən biridir.
 

Həm də su idarə edilmir deyə fermerlər su artileriyalarının yuxarısında olan torpaq sahələrini normadan artıq sulayırlar, orada şoranlaşma gedir. Aşağıya isə su çatmır və bitkilər yanır. Azərbaycanda suyun ötürülməsində də problemlər var. Kanalların çoxu torpaq kanallarıdır. Beton kanalların da əksəriyyətinin betonu sırada çıxıb”.


“Yəni görüləcək işlər çoxdur, amma bunu həqiqətən edəcəklərmi bu sual altındadır. Əvvəlki illərə baxsaq, görərik ki, heç bir layihə ilə bağlı ətraflı məlumatlar verilməyib, dəyişikliklər olmayıb”, - deyə iqtisadçı qeyd edib.

Nuray, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin