Türkiyə Azərbaycana investisiya qoyuluşunu 4 %-dən çox artırıb

Hazırda oxunan: Türkiyə Azərbaycana investisiya qoyuluşunu 4 %-dən çox artırıb

227790

Bu ilin yanvar-sentyabr aylarında Türkiyə Azərbaycan iqtisadiyyatına 912 milyon ABŞ dolları birbaşa investisiya yatırıb.

Bizim.Media Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,4 % çoxdur.

Hesabat dövründə Türkiyənin Azərbaycanın iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 20,2 % olub.

9 ay ərzində Azərbaycan isə Türkiyə iqtisadiyyatına 175,45 milyon ABŞ dolları birbaşa investisiya yatırıb. Bu isə 1 il əvvələ nisbətən 10 dəfə azdır.

Hesabat dövründə Azərbaycanın Türkiyə iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 12,7 % təşkil edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin