Nazirlər Kabineti “Neft məhsullarının aksiz dərəcələri səviyyəsinin dəyişdirilməsi və ölkə ərazisində daşınması xərcləri ilə bağlı bəzi məsələlər haqqında” qərara dəyişiklik edib.
Bizim.Media xəbər verir ki, qərara əsasən, bu Qərarda göstərilən subsidiyanın daşıyıcılara (təchizatçılara) ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsindən Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə ayrılan subsidiya hesabına “SOCAR PETROLEUM” QSC tərəfindən təmin edilsin və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən bu məqsədlə hər il dövlət büdcəsinin tərtibi zamanı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə müvafiq məbləğdə subsidiya nəzərdə tutulsun.
Dövlət Neft Şirkətinə tapşırılıb ki, bir ay müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla, avtomobil benzinlərinin və dizel yanacağının Naxçıvan Muxtar Respublikasına daşınmasına (təchizatına) dair ümumi şərtləri müəyyən etsin.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
09:16 / 30.12.2024
Benzin və dizellə bağlı QƏRAR
Hazırda oxunan: Benzin və dizellə bağlı QƏRAR
Hazırda oxunan: Benzin və dizellə bağlı QƏRAR
227721
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.